Bir dəfə bir məclisdə bir xanıma yer çatmadığını görən Bernard
Şou qalxıb öz yerini ona verir. Xanım minnətdarlıq
edib bu centlemenliyınə görə ona öz razılığını bildirir. Bernard Şou sanki təvazökarlıq edirmiş kimi deyir:
— Nə
danışırsınız, xanımlara hörmət etmək biz kişilərin borcudur. İndiki zəmanədə düzdür, bir çox kişilər belə lütfkarlığı ancaq gözəl
xanımlara göstərirlər, lakin görürsünüzmü mənim üçün
heç bir fərqi yoxdur və mən belə məsələlərdə heç bir istisna etmirəm.
Hiç yorum yok:
Yorum Gönder